RU
SON DƏQİQƏ!Türkiyə-Suriya sərhədində güclü partlayış:
13:25
1658

SON DƏQİQƏ!Türkiyə-Suriya sərhədində güclü partlayış:

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. 

7News.Az bildirir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.

Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb. Nəticədə 14 nəfər ölüb, 50 nəfər yaralanıb. Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib.

Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 22 nəfər olduğunu açıqlayıb.
Məlumatda, həmçinin Türkiyənin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ