RU
Son sutkada Baxmutda “Vaqner”in 50 döyüşçüsü məhv edilib
13:40
61

Son sutkada Baxmutda “Vaqner”in 50 döyüşçüsü məhv edilib

Son sutkada Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın "Vaqner” muzdlu hərbi təşkilatının 50 üzvü məhv edilib.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.

Bununla da, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ