Azərbaycanda son sutkada 2195 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1368-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 237 olub.









