RU
“Sony” “PlayStation 4”ün daha güclü versiyasını buraxacaq
15:14
1529

“Sony” “PlayStation 4”ün daha güclü versiyasını buraxacaq

“Sony” şirkəti virtual reallıq oyunlarını dəstəkləyən “PlayStation 4” oyun cihazının təkmilləşdirilmiş versiyasını buraxmağı planlaşdırır.
 
7News.Az-ın “Wall Street Journal” qəzetinə istinadən verdiyi xəbərə görə, “PlayStation 4” oyun cihazının yenilənmiş versiyasının istehsalına “Sony”nin istehsalı olan virtual reallıq dəbilqəsi “PlayStation VR”in satışından bir müddət əvvəl başlanacaq. Cihaz UltraHD qrafikini dəstəkləmək imkanına və ümumilikdə daha güclü operativ yaddaşa malik olacaq.
 
Bununla belə, köhnə PS4 versiyasının satışlarına da son qoyulmayacaq. Çünki bu gün PS4 cihazının satış həcmi 36 milyon nüsxəni keçib. 
 
Yeni versiyanın dövriyyəyə buraxılması mövcud ənənəni də pozacaq. Belə ki, əvvəllər yeni versiyalar bir neçə illik fasilə ilə buraxılırdı. “PlayStation 2” 2000-ci ildə, “PlayStation 3” 2006-ci ildə, “PlayStation 4” isə 2013-cü ildə istehsal olunmuşdu.

Şirkət yeni cihaz barədə hələlik heç bir şərh vermir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ