Nazirliyin Tikinti Tdarəsinin rəisi Natiq Əzizovun yaxın adamı vətəndaşları necə aldadıb?
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tikinti idarəsinin rəisi Natiq Əzizovun bacanağı Telman Əfəndiyev nazirliyin xətti ilə tikilən binanın təmiri zamanı dükanlardan götürdüyü mal materialların pulunu ödəməyərək aradan çıxıb
Beyləqan rayonundan AzFakt.com-a ünvanlanan şikayətdə bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə rayonda şəhid ailələri və qarabağ əlilləri üçün inşa edilən binanın təmirini həyata keçirən şəxs bir qrup sahibkara maddi ziyan vurub. Belə ki, tikinti işlərini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Tikinti İdarəsinin rəisi Natiq Əzizovun yaxın qohumu bir neçə topdan satış mərkəzindən müxtəlif materiallar götürərək "aradan" çıxıb.
Məlumatda qeyd edilir ki, tikinti işlərinə nəzarəti, yəni iş icraçısı Natiq Əzizovun bacanağı Telman Əfəndiyev adlı şəxs olub. Məhz sahibkarlardanda binanın təmiri zamanı istifadə edilən materialları Telman Əfəndiyev götürüb. Şikayətçilər bildirirlər ki, Telman Əfəndiyev nisyə götürdüyü materialların pulunu yaxın günlərdə ödəyəcəyi ilə bağlı söz versədə sonradan yoxa çıxıb. Telefon nömrəsinə edilən zənglərə isə cavab vermir. Məlumatda qeyd edilir ki, Natiq Əzizovun bacanağı Telman Əfəndiyev binanın təmiri zamanı işləyən bir neçə fəhlənin də pulunu kəsib.
Bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə Beyləqan şəhərində şəhid ailələrinə və əlilllərə tikilən müasir tipli yaşayış evinin tikintisindədə müxtəlif nöqsanlar var. Binada yaşayan sakinlər qeyd edirlər ki, bir çox işlər yarımçıq edilib. Misal olaraq lift işləmir. həmçinin binanın daxilində xeyli sayda tamamlanmamış işlər mövcuddur. İş icraçısı Telman Əfəndiyev bacanağı Natiq Əzizova arxalanaraq işləri yarımçıq qoyaraq çıxıb gedib.
Binada yaşayan sakinlər saytımız vasitəsi ilə nazir Səlim Müslümova müraciət edərək problemlərinin həll edilməsini xahiş edirlər. Sakinlər inanırlar ki, nazir Səlim Müslümov baş verənlərdən xəbər tutarsa binada yarımçıq qalan bütün işlər tamamlanar. Beyləqan şəhərində şəhid ailələri və əlillər üçün tikilən yaşayış binasındakı problemlərlə bağlı yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik./azfakt.com
7news.Az








