İspaniyada Valensiya sakini Ernest Bru Rodenas Twitter şəbəkəsindəki şəxsi hesabında kralı təhqir edib. Keçirilən məhkəmədə o təqsirli bilinərək 240 avro cərimə olunub.
7news.Az AzərTac-a istinadən xəbər verir ki, Valensiya şəhərinin keçmiş rəhbəri Klementina Rodenasın oğlu olan bu vətəndaş kralı təhqir etdiyi şərhində həm də "ETA-ya eşq olsun!"(ETA baskların radikal sol təmayüllü separatçı təşkilatıdır) yazıb.
Ernest Bru Rodenas cəriməsini günə 2 avro olmaqla 4 ay müddətində ödəməlidir.
7news.Az








