Türkiyədə son altı ay ərzində sosial şəbəkələrdə terrorizmi təbliği edən 1656 nəfər həbs edilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Son yarım ildə məhkəmələrdə 3710 şübhəli şəxs barəsində terrorçuluğun təbliği maddəsi ilə cinayət işinə baxılıb. Onlardan 1656 nəfər məhkəmələrin qərarları ilə həbs edilib", - deyə nazirliyin bəyanatında qeyd edilib.
Daha 84 nəfərin barəsində araşdırmaların davam etdiyi vurğulanıb./qafqazinfo
7news.Az








