RU
Sosial şəbəkədə yayılan videoya görə 3 nəfər həbs edildi – BAKIDA ƏMƏLİYYAT
16:50
529

Sosial şəbəkədə yayılan videoya görə 3 nəfər həbs edildi – BAKIDA ƏMƏLİYYAT

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhər Xətai rayonu ərazisində, Əhmədlidəki marketdən yağ oğurlayan şəxsin həmin marketin rəhbəri və daha 2 nəfər tərəfindən tutularaq döyülməsi hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdən məlum olurdu ki, market işçiləri mağazadan yağ oğurlayan şəxsi təqib edərək tutub və onu təpiklərinin altına salaraq döyüblər.

Hadisənin görüntüləri yayılandan sonra məsələyə ictimai qınaq artıb və tanınmış insanlar da bu hadisəyə reaksiya göstərərk yağ oğurlayan şəxsin bu formada döyülməsinə etiraz ediblər. Artıq hüquq-mühafizə orqanları da məsələni araşdırıb və yağ götürüb qaçan şəxsin döyülməsinə görə araşdırmalara başlanılıb. Publika.az-ın əldə etdiyi məlumata görə, artıq vətəndaşı döyən şəxslərin 3-ü də həbs edilib.

 

Həmin videonu təqdim edirik.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ