RU
Sosial şəbəkələrdə Ohanyana ünvanlanmış gizli məktub yayıldı
20:43
1996

Sosial şəbəkələrdə Ohanyana ünvanlanmış gizli məktub yayıldı

Yerli əhali yaşayış yerlərini tərk edirlər.

Sosial şəbəkənin erməni seqmentində qondarma “DQR”-in “müdafiə naziri” Levon Mnatsakanyanın Ermənistan müdafiə naziri Seyran Ohanyana məktubu yayılıb.

Məktubda bildirilir ki, aprelin 2-də gecə saatlarında münaqişənin eskalasiyası nəticəsində, Əskəran, Ağdərə və Xocəvənd rayonlarının sakinləri yaşayış yerlərini tərk edərək, İrəvan istiqamətində hərəkət edir.

Əhalinin qarşısını almaq üçün Əsgəran şəhərinin çıxışında postlar quraşdırılıb. 

Həmçinin, “müdafiə naziri” hərbi qulluqçular arasında ruh yüksəkliyinin düşməsinə və fərariliyin artmasından şikayət edib. Həmin hərbi qulluqçular axtarış nəticəsində tutularaq məcburi qaydada mövqelarinə qaytarılır.

Bundan başqa əhalinin kəndlərdə qalması üçün profilaktik tədbirlər həyata keçirilir. Verilmiş tapşırığa uyğun olaraq hərbi qulluqçuların mənəvi-ruh yüksəkliyini qaldırmaq məqsədilə müvafiq tədbirlər görülür”./oxu

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ