RU
16:43
586

"Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda tədbir keçirildi

17 sentyabr tarixdə Binəqədi rayon təşkilatının inzibati binasında "Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon icra nümayəndələrinin, bələdiyyələrin facebook səhifə adminləri, fəal gənclər iştirak edirdilər.

İlk öncə çıxış edən  YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatı tərəfindən bir neçə ərazi ilk partiya təşkilatında gənclər birliklərinin yaradıldığını diqqətə çatdırdı. Daha sonra o, Milli Məclisə növbəti seçkilərə hazırlıq məsələlərinə toxunaraq, partiyanın gənclərini seçki prosesində daha mütəşəkkil şəkildə birləşməyə və ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirməyə çağırdı.

Sonra çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunun əhəmiyyətindən danışaraq qeyd etdi ki, gənclərin bu sahədə üzərinə daha böyük məsuliyyət düşür. Eyni zamanda A.Əliyeva təbliğatın qurulması işini asanlaşdırılacaq operativ qrupun yaradılması haqqında məlumat verdi və bu qrupda cəmləşən gənclərin bölgüsü aparıldı.

Tədbirin ikinci hissəsində rayon icra nümayəndələrinin, bələdiyyələrin facebook səhifə adminləri, fəal gənclər üçün "Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda təqdimat edən Binəqədi rayon İcra Hakimiyyətinin İctimai - siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi  Leyla Kərimova adminlər və operativ qrupun yeni iş qrafiki haqqında məlumat verdi.

Daha sonra YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri  Mahmud  Məmmədzadə təkliflərlə çıxış etdilər.

Çıxışlardan və təqdimatdan sonra  səhifə adminlərinin  təklifləri dinlənildi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ