Şotlandiyanın Kilmalkolm şəhərində yaşayan Cerard adlı bir şəxs illərlə rinofima adlı nadir bir xəstəlikdən əziyyət çəkib.
7News.Az "Metro" nəşrinə istinadən xəbər verir ki, nəticədə şotlandın burnu tədricən böyüyüb və deformasiyaya uğrayıb.
Əvvəlcə o, bunu qocalmanın bir hissəsi kimi qəbul edib, lakin zaman keçdikcə bu vəziyyət dözülməz hala çatıb.
O, yoldan keçənlərin maraqlı baxışlarına və uşaqların suallarına baxmayaraq, uzun müddət xəstəliyə məhəl qoymamağa çalışıb.
Lakin o, tezliklə sosial əlaqələrdən qaçmağa başlayıb. Həkimlər Cerarda artıq toxumaları çıxarmaq üçün mürəkkəb əməliyyat təklif ediblər. Uğurlu əməliyyatdan sonra britaniyalı əvvəlki həyatına geri dönə bilib.








