RU
Sotomayor:
10:10
1188

Sotomayor:

"Bu gün çox yaxşı döyüşdüm. İnşallah, növbəti döyüşdə də qalib gələcəm və qızıl medal qazanacam. Mən Azərbaycan üçün qızıl medal qazanmağa söz vermişəm. Mən ilk gündən yalnız qızıl medal üçün döyüşürəm".

7News.az verir ki, bunu mediaya açıqlamasında Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında 64 kq çəki dərəcəsində finala yüksəlmiş Lorenzo Sotomayor deyib.

Təmsilçimizin sözlərinə görə, əsas odur ki, insan döyüşəndə ürəkli olsun: "Azərbaycan indi mənim vətənimdir. Azərbaycan yaxşı ölkədir və mən onu çox sevirəm. Mən Azərbaycan üçün qızıl medal qazanacam".

Qeyd edək ki, boksçumuz yarımfinalda Almaniyanı təmsil edən erməni əsilli idmançıya qalib gələrək qızıl medal uğrunda döyüşmək şansı qazanıb. Finalda onun rəqibi Özbəkistan boksçusu olacaq. Yeri gəlmişkən, Sotomayor finaldakı rəqibindən qətiyyən çəkinmədiyini və onu döyəcəyini deyib: "Ona artıq iki dəfə qalib gəlmişəm, burada da udacam. Məndə qorxu yoxdur. Yalnız qələbə üçün döyüşəcəm. Mən rəqibi ancaq döyəcəm, döyəcəm və inşallah, qızıl medal qazanacam"./milli.az

Sotomayor: Azərbaycan mənim Vətənmdir, rəqibi döyüb Azərbaycan üçün qızıl medal qazanacam

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ