RU
Sotomayor “Rio-2016”-nın ən azı bürünc medalını təmin edib
10:25
1976

Sotomayor “Rio-2016”-nın ən azı bürünc medalını təmin edib

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.

7News.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor 1/4 final döyüşünə çıxıb. 

64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz kubalı Yasnier Toledoya hər üç raundda (3:0) qalib gələrək yarımfinal mərhələsinə adlayıb.

Bununla da, Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib.

Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ