RU
“Şou nümayəndələrinin çoxu elə bil ateistdir”
17:32
1410

“Şou nümayəndələrinin çoxu elə bil ateistdir”

“Cahan” qrupunun təşkilatçılığı ilə bu yaxınlarda kimsəsiz uşaqlar evində tədbir keçirilib.

7news.az saytının verdiyi məlumata görə, şou nümayəndələrinin bəziləri bu tədbirə dəvət alsalarda qatılmayıb. Xəbəri “Cahan” qrupunun prodüseri Vuqar Şəfiyev də təsdiq edib. “Bəli Cahan qrupunun təşkilatçılığı ilə müğənni dostlarımızla xeyriyyə tədbiri keçirtdik. Sağ olsun bir zəngimizə dəvətimizi qəbul edib tədbirə gələn dostlarımız. Əslində bu tədbirin kimin təşkil etməsindən asılı olmayaraq hər bir insan həvəslə qatılmalıdır. Adlarını çəkməyəcəm bəzi müğənnilər bir bəhanəylə tədbirə qatılmadı. Elə bil ateistilər. Gəlib bir mahnı ifa edib ordakı körpələrin üzünü güldürmək,sevindirmək elə nəyə desəz dəyər. Dəvətimizi qəbul edib qatılan hər bir kəsə təşəkkürümüzü bildirirəm.”.

Qeyd edək ki,tədbirdə “Cahan” qrupundan əlavə Əməkdar Artist Səlim Abbasov, Vüqar Bəxtiyar, DJ Roşka, Rəvan Qarayev, Əbdül Xalid, Fərid Quliyev, Fədayə Laçın və baş. iştirak ediblər. Tədbirin aparıcısı isə Könül Muxtarova olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ