Soya məhsullarının tərkibindəki xüsusi komponent döş xərçənginə qarşı orqanizmi qoruyur.
7news.Az xəbər verir ki, Arizona universitetinin tədqiqatçıları bu qənaətə gəliblər.
Soyanın tərkibindəki komponent döş xərçənginin inkişafının qarşısını alır. Bu isə bu xəstəliyə qarşı yeni profilaktik üsullar yaratmağa imkan verir.
Alimlərin fikrinə görə, ginestein "BRCA1" genlərini müdafiə edir. Bu gen isə döş xərçənginin inkişafında böyük rol oynayır. Yəni, "BRCA1" şişin qarşısını alır. Normal işləyəndə DNK-nın stabilliyini qoruyur və orqanizmi genetik xərçəng xəstəliyindən mühafizə edir. Əgər "BRCA1" zəifləsə, orqanizmin xərçəngə qarşı müdafiəsi də zəifləyər.
Tədqiqatlar göstərir ki, soya məhsullarının tərkibindəki genistein AhR reseptoruna təsir edir və onun işini dayanır. Bu səbəbdən soya çox qəbul edən asiyalı qadınlarda döş xərçənginə yoluxma faizi aşağı olur.
7news.Az








