RU
Şoyqu: “Avropada vəziyyət getdikcə gərginləşir”
21:50
600

Şoyqu: “Avropada vəziyyət getdikcə gərginləşir”

Avropa qitəsində vəziyyət getdikcə gərginləşir və bunda Rusiyanın heç bir günahı yoxdur.

Bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu britaniyalı həmkarı Ben Uolleslə görüşdə bildirib.
"Sizi Moskvada, Rusiya Müdafiə Nazirliyində salamlamağa şadam. Avropada hərbi-siyasi vəziyyət getdikcə gərginləşir və bu, bizim günahımız ucbatından deyil. Biz səbəbləri tam və hər zaman başa düşmürük. Lakin buna baxmayaraq, biz bunun getdikcə artdığını görürük”, - Şoyqu vurğulayıb.

O, bugünkü görüş zamanı gərginliyin azaldılmasına dair aktual məsələlərin müzakirəsinin mümkünlüyünə də toxunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ