Rusiyanın müdafiə naziri Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasındakı hərbi hissələrdə yoxlama aparıb.
7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu xüsusi hərbi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələrinin qruplaşması bölmələrinə baxış keçirib. Sergey Şoyqu hərbi hissələrin müvəqqəti yerləşdirmə məntəqələrində şəxsi heyətin və hərbi texnikanın vəziyyətini yoxlayıb”, - məlumatda qeyd olunub.
7NEWS.Az








