Belçikalı model Marisa Papen fotoqraf Cessi Uokerlə Misirə yollanaraq fotosessiya ərsəyə gətirib.
Luksorda, Gizadakı ehramların yaxınlığındakı Karnak məbədində lüt soyunaraq kamera qarşısında poza verən Papeni 4 mühafizəçi görəndə onu tutub.
Model polis idarəsinə aparılıb və səhərədək kamerada qalıb.
Papenin dediyinə görə, polisə rüşvət verəndən sonra azadlığa çıxıblar.
"Dayanmaq, fikrimdən dönmək niyyətində deyiləm. İraqa, İrana və Yəmənə yollanaraq orada da çılpaq fotosessiyaya çəkiləcəyəm. Mən azadlığın hayqırtısıyam", - özünü "çılğın ekspressionist" adlandıran 25 yaşlı M.Papen deyib.
Onun sözlərinə görə, qadınların hüquqlarının tapdandığı ölkələrə yollanmaqla gender bərabərliyi uğrunda mübarizə aparır.
"Fələstində, İordan çayının qərb sahilində də olmaq istəyirəm. Sadaladığım ölkələrin hamısında qadınların hüquqları pozulur. Kimsəni təhqir etmək, dini hisslərini aşağılamaq niyyətində deyiləm. Sadəcə, dinlər yaranmamışdan əvvəl dünyanın necə olduğunu göstərmək istəyirəm", - Belçikanın Antverpen şəhərinin yaxınlığındakı Paala şəhərində yaşayan Marisa Papen deyib./milli
7news.Az












