"Model biznesində çalışmağımın gələn il 30 ili tamam olacaq. Etiraf edim ki, böyük rəqabətə, üzücü iş rejiminə, habelə heç də sağlam olmayan həyat tərzimə rəğmən hələ kölgədə deyiləm. Bəxtim gətirdiyinə görə yox - çalışdığıma görə".
Dünyanın ən məşhur supermodellərindən biri, britaniyalı Keyt Moss "W Magazine" üçün fotosessiyaya çəkilib, sualları cavablayıb.
Bununla bahəm, 43 yaşlı model məşhur fotoqraflar dueti Mert Alas və Marqus Piqqonun fotosessiyasına çəkilib.
"Anam mənə həmişə deyərdi ki, gözələm. Bunu bilirdim. Amma çox utancaq idim. Karyeramın əvvəlində fotoqraflar məndən kamera qarşısında soyunmağımı istəyirdilər. Vücudumu əsla sevməsəm də, edirdim. Amma sonralar özümü çılpaq vəziyyətdə komfort hiss etməyə başladım. Soyunmağı belə öyrəndim", - K.Moss deyib.
Onun sözlərinə görə, aktyor Conni Depp xəyalındakı kişi olmayıb: "Mən amerikalı aktyor Rob Lounu sevirdim. Otağımda divarda onun plakatı vardı"./milli.az
7news.Az











