RU
S&P “Azərenerji”nin də reytinqini aşağı saldı
23:40
226

S&P “Azərenerji”nin də reytinqini aşağı saldı

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini “BBB-/A-3” səviyyəsindən “BB+/B”-dək endirib.


7news.az APA-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.

Reytinq üzrə proqnoz neqativ olaraq qalır.

Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi “CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir.

“Qafqazinfo” xatırladır ki, Standard and Poor’s agentliyi bir neçə gün öncə Azərbaycanın kredit reytinqini də bir pillə aşağı endirmişdi.

 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ