Beynəlxalq kredit reytinq agentliyi S&P Global, bu ilin əvvəlində proqnozunu aşağı saldıqdan sonra, maliyyə təzyiqləri səbəbindən bu dəfə Misirin kredit reytinqini aşağı salıb.
7NEWS.az xəbər verir ki, S&P Global tərəfindən edilən açıqlamaya görə, ölkənin uzun və qısamüddətli xarici valyutada kredit reytinqi "B"dən "B-"yə endirilib. Yerli valyutada kredit reytinqi "B" olaraq təsdiqlənib. Təşkilat ölkə iqtisadiyyatının bu il 4,0 faiz, gələn il isə 3,5 faiz artmasından sonra ardıcıl iki il ərzində 3,8 faiz artacağını proqnozlaşdırıb.
7NEWS.az








