"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” İnformasiya Proqramının rəhbəri, tanınmış telejurnalist Elman Gədikli tutduğu vəzifədən azad olunub.
"Ölkə.az” saytının əldə etdiyi məlumata görə, şirkət prezidenti Vaqif Mustafayevin əmri ilə Elman Gədiklinin yerinə Tünzalə Rafiqqızı baş redaktor təyin olunub. Elman Gədikli isə məzuniyyətə göndərilib.
Xatırladaq ki, əvvəllər Maliyyə Nazirliyində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) çalışmış Tünzalə Rafiqqızı şairədir. O, ANS TV-də redaktor və aparıcı kimi çalışıb.
7news.Az








