RU
`Space`dən qaradərili aparıcı ilə bağlı
15:07
1452

`Space`dən qaradərili aparıcı ilə bağlı

Ötən gün “Space” telekanalında hava proqramını əcnəbi xanım aparıb. Azərbaycan teleməkanında ilk dəfə qaraqərili xanımın aparıcı kimi efirə çıxması ictimaiyyət arasında maraqla qarşılanıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev AzVision.az-a açıqlamsında bildirib ki, əcnəbi xanım Keniya vətəndaşıdır.

Telekanal rəsmisinin fikrincə, qaradərili xanımın hava xəbərləri aparması əcnəbilərdə Azərbaycan dilinə maraq oyatmaq məqsədi daşıyır.

“Keniya vətəndaşı Tendai Şereni “Xəzər” Universitetində oxuyur. Biz məsləhətə gəldik ki, əcnəbi tələbələrdə Azərbaycan dilinə maraq oyatmaq və dili yaxşı öyrətmək üçün belə layihə həyata keçirək. Layihəmiz ilk gündən uğurlu alındı”.

İcraçı direktor Şereninin Azərbaycan dilində səlis danışması üçün bir neçə həftə vaxt lazım olduğu vurğulayıb.

“Bu istiqamətdə iş gedir, onun dil bilikləri, nitqi təkmilləşdirilir. Düşünürəm ki, bir həftə ərzində daha mükəmməl çıxış edə biləcək. İlk addım atılıb, uğurlu alınarsa, digər layihələr də həyata keçirməyi düşünürük”.

7news.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ