RU
SpaceX orbitə daha 46 Starlink peyki göndərib
13:44
50

SpaceX orbitə daha 46 Starlink peyki göndərib


7NEWS.az xəbər verir ki, sahinkar iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 46 Starlink peyki göndərib. İnternet peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 09:40-da ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından uğurla buraxılıb. Bildirilir ki, Falcon-9-un təkrar istifadə xüsusiyyətinə malik ilk pilləsi Sakit okeanda yerləşən "Of Course I Still Love You” adlı pilotsuz platformaya enəcək. Bundan əlavə, dünən həyata keçirilməsi planlaşdırılan, lakin texniki problemlərə görə təxirə salınan buraxılış SpaceX-in 2023-cü ildə 26-cı orbital missiyası olaraq qeyd edildi. SpaceX ötən həftə 21 ikinci nəsil Starlink peyklərini uğurla orbitə çıxarıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ