RU
Spiker: Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq
14:00
489

Spiker: Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq

“Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir?”.

Milli Məclisin növbədənkənar iclasında iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.

Deputat Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib:

“Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur”.

F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz:

“Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.

Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir:

“Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”. /APA

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ