Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
Spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.
Oqtay Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.
Qeyd edək ki, adıçəkilən məntəqədə 1 298 seçici qeydiyyata alınıb. Artıq 200-dən çox seçici səs verib.
Xatırladaq ki, həmin seçki dairəsindən 6 nəfərin namizədliyi qeydə alınıb.
7news.az








