"Spotify" hər gün həm abunəçi sayını, həm də gəlirini bir az da artırır. Şirkətin aylıq abunə haqqını ödəyən istifadəçilərin sayı 200 milyonu ötüb.
7NEWS.az xəbər verir ki, bura platformadan pulsuz istifadə edənlər də əlavə olunduqda bu rəqəm 500 milyona yaxınlaşır. Bununla belə, şirkətin sürətlə artan istifadəçilərinin belə maliyyə problemlərinin qarşısını almaq üçün kifayət etmədiyi görünür. Çünki "Spotify" internet və texnologiya dünyasında son dövrlərdə qarşılaşdığımız kütləvi işdən çıxarılma tendensiyasına qoşulmuşdur. Bu ilin əvvəlində çoxlu sayda işçisi ilə yollarını ayıran şirkət indi növbəti ixtisar dalğasına hazırlaşır.
7NEWS.az








