Baş ofisi İsveçdə yerləşən musiqi axını və podkast xidməti olan "Spotify", artan xərclər səbəbindən bir ildə üçüncü dəfə işçilərini ixtisar etməyə hazırlaşdığını açıqladı.
7NEWS.az xəbər verir ki, "Spotify"ın həmtəsisçisi və baş direktoru Daniel Ekin işçilərlə paylaşdığı mesaj şirkətin saytında dərc olunub. Ek mesajda iqtisadi inkişafın əhəmiyyətli dərəcədə yavaşladığını və artan faizlərin maliyyəyə çıxışı daha da bahalaşdırdığını ifadə edərək, "Spotify"ın bu faktlardan qaça bilməyəcəyini vurğuladı.
7NEWS.az








