RU
Şri-Lankada daşqın 6 nəfərin həyatına son qoyub
17:10
155

Şri-Lankada daşqın 6 nəfərin həyatına son qoyub


7NEWS.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Şri-Lanka bir həftədir davam edən güclü musson yağışları ilə mübarizə aparır. Paytaxt Kolombodan təxminən 130 kilometr cənubda, leysan yağışların vurduğu Galle bölgəsində torpaq sürüşməsi baş verib. Şiddətli yağış səbəbindən bəzi bölgələrdə məktəblər bağlansa da, bölgədə sel və ağacların aşması da baş verib. Şri-Lanka rəsmiləri torpaq sürüşməsi nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Səlahiyyətlilər, 5 nəfərin hərəkətdə olan avtobusun üzərinə ağacın aşması, 1 nəfərin isə Galle bölgəsində torpaq sürüşməsi zamanı evinin üzərinə daş düşməsi nəticəsində öldüyünü açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ