"SSRİ-ni məhv etmək lazım deyildi”.
7News.Az rus KİV-ə istinadən xəbər verir ki, bu ifadəni Rusiya prezidenti Vladimir Putin Kremldə siyasi partiyaların rəhbərləri ilə görüşdə səsləndirib. Onun sözlərinə görə, SSRİ-ni dağıtmaq əvəzinə demokratik islahatlar yolu ilə getmək mümkün idi. Prezident "Siz bilirsiniz , mən Sovet İttifaqının dağılmasına necə yanaşıram? Bunu etmək vacib deyildi, demokratik xarakterli islahat aparmaq olardı. Amma onu da diqqətinizə çatdırmaq istəyirəm ki, keçmiş vətənimiz SSRİ-yə millətçilik, digər dağıdıcı ideyaları təbliğ edən Kommunist partiyası rəhbərlik edirdi. Hansı ki, bu cür ideyalar istənilən dövlət üçün zərərlidir”,- deyə bildirib.








