RU
ÜST açıqladı: Hər il 8,7 milyon insan bu səbəbdən ölür
17:30
221

ÜST açıqladı: Hər il 8,7 milyon insan bu səbəbdən ölür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb. 

ÜST-nın qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub. 
Tütün istifadəçilərinin təxminən yarısının öldüyü bildirilən hesabatda "Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara passiv şəkildə ikinci tüstüyə məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir”, - deyə bildirilib.

Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ