RU
ÜST-dən ÇAĞIRIŞ: Yeni pandemiyaya HAZIR OLUN
15:15
233

ÜST-dən ÇAĞIRIŞ: Yeni pandemiyaya HAZIR OLUN

"COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc edilmiş press-relizində bildirilib.
 

ÜST mövcud koronavirusun hələ öhdəsindən gəlinmədiyinə baxmayaraq, bəşəriyyətin yeni bir pandemiyaya hazırlaşması lazım olduğu qənaətindədir.

Cenevrədə yayımlanan press-relizdə qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında bu cür addımların atılmasının vacibliyi müzakirə olunacaq.

Təşkilat sessiyanı üç mövzu üzərində aparmağı planlaşdırır. Belə ki, ÜST beynəlxalq ictimaiyyətin yeni pandemiyaya qarşı birgə hazırlığından əlavə, COVID-19 ilə mübarizə vasitələrinə çıxışın sürətləndirilməsi təşəbbüsünün dünyada aktiv dəstəyinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair dövlətlərin öhdəliyini təsdiqinə ümid edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ