RU
ÜST-dən Qəzza ilə bağlı qorxunc xəbər: Yoluxucu xəstəliklər yayılıb
15:40
22

ÜST-dən Qəzza ilə bağlı qorxunc xəbər: Yoluxucu xəstəliklər yayılıb

Oktyabrın 7-dən bəri bombardman altında olan Qəzzada yayılan yoluxucu xəstəlik təhlükəsi şəhərə düşən bombalardan daha çox insanı öldürə bilər.
   
7News.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bu gün verdiyi açıqlamada deyib.
 
Direktor bildirib ki, hazırda Qəzzada 1.3 milyon insanın sığınacaqlarda yaşadığını bildirib.
Ətraflı

Qebreyesus sıxlıq səbəbindən yardımların əldə edilməsində problemlərin olduğunu və gigiyena problemlərinə görə yoluxucu xəstəliklər riskinin artdığını da vurğulayıb.

Qebreyesus açıqlamasında "Yaşayış şərtləri və qeyri-kafi sağlamlıq xidmətlərini nəzərə alsaq, xəstəliklər bombalardan daha çox insanı öldürə bilər", - deyib.
 
Bu günə qədər xəstəliyə yoluxanların sayını paylaşan Qebreyesus sığınacaqlarda yaşayanlar arasında 111 mini tənəffüs yolu infeksiyası, 12 mini qotur, 11 mini bit, 36 min ishal, 24 min nəfərdə dəri səpgisi, 2500 nəfərin olduğunu bildirib. 

Onun sözlərinə görə, 1100 nəfərdə sarılıq aşkarlanıb.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ