RU
ÜST: Dünyada koronavirusa yoluxma artır
10:20
28

ÜST: Dünyada koronavirusa yoluxma artır

İyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb.

Məlumata görə, 104 ölkədə COVID-19-a yoluxma qeydə alınıb. ÜST qeyd edib ki, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, COVID-19 "əsas təhlükə olaraq qalır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ