RU
ÜST: Əfqanıstanda qızılcaya yoluxma halları kəskin artıb
14:10
257

ÜST: Əfqanıstanda qızılcaya yoluxma halları kəskin artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda qızılcaya yoluxma hallarının kəskin artması ilə bağlı narahatlığını ifadə edib.

Təşkilatın sözçüsü Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, 24-30 yanvar həftəsi ərzində ölkədə bu xəstəliyə yoluxma və ölüm halları 18%, yanvarın 31-dən fevralın 6-dək isə 40% artıb.

"Qızılca Əfqanıstanda endemikdir. 2019 və 2020-ci illərdə xəstəliyin aşağı yayılma dövründən sonra 2021-ci ilin iyul ayının sonundan etibarən bütün əyalətlərdə qızılcaya yoluxma hallarının sayı artıb. Eyni zamanda, ən yüksək göstəricilər son dörd həftədə qeydə alınıb", - Lindmayer deyib.

Xəstələrin 91%-i və ölənlərin 97%-i 5 yaşa qədər uşaqlardır. Ölənlərin sayı nisbətən az olsa da, 2022-ci ilin yanvar ayında yoluxmanın artması ölüm sayının yüksələcəyini göstərir.

ÜST rəsmisi qeyd edib ki, bu cür artım Əfqanıstanda qida çatışmazlığının həddən artıq yüksək olması baxımından xüsusi narahatlıq doğurur.

2021-ci ilin dekabrında Əfqanıstanda peyvənd kampaniyası aparılıb və bu kampaniya zamanı ən çox zərər çəkmiş əyalətlərdə 1,5 milyon uşaq qızılcaya qarşı peyvənd edilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ