RU
ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib
12:20
290

ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.

"Report”un məlumatına görə, bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.

O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: "Lakin bunun üçün  bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.

Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ