RU
ÜST Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb
15:00
115

ÜST Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi, poliomielit epidemiyası riskinin davam etdiyini əsas gətirərək Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb.

7NEWS.az xəbər verir ki, Pakistanda poliomielit xəstəliyinin yayılma riskinin "Beynəlxalq narahatlığa səbəb olan ictimai sağlamlıq fövqəladə vəziyyəti" təşkil etdiyini bildirən ÜST, səyahət məhdudiyyətini 3 ay müddətinə uzatmağa qərar verib. ÜST bəyan edib ki, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 160 mindən çox uşaq peyvənd olunsa da, ölkədəki "peyvənd boykotları və təhlükəsizlik narahatlıqları" səbəbindən risk qalmaqdadır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ