RU
“Stadionlar hazır olmayacaq” - Rusiyadan gözlənilməz açıqlama
10:36
611

“Stadionlar hazır olmayacaq” - Rusiyadan gözlənilməz açıqlama

Rusiyanın ev sahibliyi edəcəyi DÇ-2018-in iki stadionunun planlaşdırıldığından gec hazır olacağı bildirilir.

7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti 45 min azarkeş tutumlu Nijni-Novqorod və Volqoqrad stadionlarının planlaşdırılan tarixədək - 2017-ci ilin dekabr ayınadək hazır olmayacağını açıqlayıb.

Mundialın Təşkilat Komitəsi isə çempionat başlayana kimi bütün stadionların hazır olacağına inandıqlarını bildirən açıqlama yayıb.

Qeyd edək ki, DÇ-2018-in final mərhələsinin oyunları Rusiyanın 11 şəhərində keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ