Gürcü və ermənilərin əlifbasının saxlanmasının sirri
Qazaxıstan nəhayət ki, 2025-ci ilə qədər bütünlüklə latın qrafikalı əlifbaya keçəcək. Prezident Nursultan Nazarbayev bununla bağlı artıq tapşırıqlarını verib. Ekspertlərin fikrincə, Nursultan Nazarbayevin 2025-ci ilə qədər latın qrafikalı əlifbaya keçidin təmini ilə bağlı tapşırığı türk dünyasına çıxışı təmin edəcək. Astananın bu qərarını türk dünyası sevinclə qarşılasa da Moskvada bunun əksi müşahidə edildi.Bu qərar Qazaxıstanın rus mədəni təsirindən çıxması deməkdir.Eyni zamanda türk dünyasının liderinin təsirinə düşmə ehtimalı artır.
Moskvanın fikrincə, Orta Asiyanın türk xalqları və Azərbaycanın kirildən uzaqlaşması həm də Rusiyadakı müsəlmanlarda tarxi yaddaşı oyadacaq.Bu isə rus və türk-müsəlman dünyası arasında tərəddüdə gətirib çıxaracaq.Bəs Moskvanın qorxusu nə qədər əsaslıdır? Astananın özü üçün latın qrafikalı əlifbaya keçid nə deməkdir? Bu qərar Rusiyanın müsəlman xalqlarının taleyinə hansə təsiri göstərəcək?Rusiyalı ekspertlər bütün bu suallara cavab verib.Cebhe.info xəbər verir ki, Rusiya mətbuatına müsahibələrində ekspertlər- tarixçi İlyas Kayayev və politoloq Ruslan Aysin məsələ ilə bağlı mövqelərini əsaslandırıb.
-Bu yaxınlarda Qazaxıstanda latın qrafikalı əlifbaya keçidin təmin edilməsi ilə bağlı verilən qərar Rusiyada ciddi reaksiya doğurdu. Qonşu xalqların yazısı ilə bağlı məsələ Kreml üçün niyə bu qədər həssasdır?

İlyas Kayayev:
-Birincisi, bu, ölkələrin mədəni elmi dairədən çıxması ilə bağlıdır. Əlifbanın dəyişdirilməsi siyasi qərardır, Rusiyadan başqa tərəfə çevrilmək deməkdir.Moskvadan uzaqlaşmaq mümkündür.
Ruslan Aysin:
-Kreml keçmiş sovet respublikalarına öz ideoloji və siyasi təsir dairəsi kimi baxır. Bu təsir faktorlarından biri də humanitar məsələdir.Bura əlifba da daxildir.Xatırladım ki, Qazaxıstan da Belarus və Qırğızıstan kimi Avrasiya ittifaqında təmsil olunur, burda da əsas təsir Moskvanın əlindədir.Moskva bu təşkilata öz təsir dairəsi kimi yanaşır. Qırğızıstan və Belarus latın qrafikalı əlifbaya keçməyib, amma bu barədə söhbətlər gedir. Qazaxıstan latına keçməyi qərara alıb. Böyük türk dünyası çoxdan bu əlifbaya keçib.Bu ölkə özünü türk dünyasının bir hissəsi hesab edir, buna görə də kiril əlifbası zonasında olmağı artıq düzgün hesab etmir, çünki bu, ideoloji rezonanas yaradır.Moskva bunu çox ağrılı qəbul etdi, bunu hətta maraqların satılması kimi qəbul etdi.Astana isə düşünür ki, daxili məsələsini Rusiya ilə razılaşdırmamalıdır.Moskvada bunu arxadan zərbə hesab edənlər də var. Hələ də Rusiya elitasının bir hissəsi Qazaxıstanıı şimalını Rusiyanın bir hissəsi hesab edir.
-Mətbuatda bir neçə il öncə yayılan xəbərlərə görə, Qroznı ərəb qrafikal ıçeçen əlifbasına keçmək istəyir. Reaksiya kəskin oldu. Eyni zamanda Kazanın latın qrafikalı tatar əlifbasına keçidlə bağlı istəyi də belə qarşılandı. Yaxud çərkəzlərin vahid əlifbaya qayıtması istəyi də eyni cür reaksiya ilə qarşılandı.Niyə Rusiya xalqlarının əlifbası ilə bağlı məsələ bu qədər siyasiləşir və ölkənin milli təhlükəsizlik məsələsi hesab edilir?
İlyas Kayayev:
-Əgər ölkə birdirsə, əlifba da bir olmalıdır.Əlifba ilə bağlı oyunlar artıq özünü göstərib.Əvvəlcə Dağsıtan xalqlarının ərəb qrafikalı əlifbaları vardı. Onu latına dəyişdirdilər, bütöv bir nəsil savadsız qaldı, mədəni irsdən uzaqlaşdı. Krilə keçdilər, yenə eyni şey baş verdi. Artıq neçə ildir ki, texniki, ədəbi, elmi ədəbiyyatın olduğu əlifba var. Əlifbanın dəyişdirilməsi söhbətini ortaya atanlar siyasi oyun oynayırlar.Onlar heç bir elmi əsas daşımırlar.Əlifbanı olduğu kimi saxlamaq lazımdır.Bu əlifba ilə nəsillər böyüyüb.

Ruslan Aysin:
-Rusiya özünü böyük imperiyanın varisi sayır. SSRİ də ideoloji təhsil vardı.İstənilən imperiya ideoloji fərqliliyi unifikasiyaya çağırış kimi qəbul edir.İmperiya hesab edir ki, hər şey vertikal olmalıdır, vahid xalq və vahid ideya. Buna görə də Tatarıstan 90-cı illərdə latın qrafikasına keçidlə bağlı qərar verəndə bunu qəbul etmədilər. Bundan sonra qanunən xalqLarın əlifba seçimini məhdudlaşdırdılar. Jirinovski latına keçidi separat addım adlandırdı, arxasında türkiyənin dayandığını dedi. Mətbuatda Çeçenstanda ərəb qrafikalı əlifbaya keçİdlə bağlı yayılan məlumat təxribat xarakterli idi.Çünki qanunla bu mümkün deyil.Moskva gələcəkdə də bu məsələdə nəzarəti saxlayacaq və xalqlara hansı qrafikdə yazmaqla bağlı qərar haqqı tanımayacaq.
- Niyə Stalin SSRİ xalqlarından ancaq müsəlmanları kirl əlifbasına keçirtdi? Xristian xalqları, gürcülər, ermənilər niyə öz əlifbalarını saxladılar? Pribaltika da latın əlifbasını saxladı.
İlyas Kayayev:
-Gürcülər və ermənilərin əlifbas əsrlərə dayanır. Başqalarından fərqli olaraq onlar siyasi aspektdə də öndə dayanırlar.Bu ölkələrin zəngin mədəni ənənələri var. Görünür, Stalin bu balansı pozmaq istəmirdi.Gürcüstan və Ermənistan da çətin ki, öz əlifbaları ilə asan vidalaşardılar.Onların güclü dövlətçilik ənənəsi olub.Mənə elə gəlir ki, əlifbası dəyişdirilən xalqların belə güclü dövlətçilik ənənəsi olmayıb. (Görünür, müsahib Azərbaycanın tarixi haqqında geniş bilgiyə malik deyil-red)
Ruslan Aysin:
-Stalin müsəlmanlara qorxu ilə yanaşırdı. Onun uşaqlıqda hansısa bir ciddi zədəsi vardı və o, bunu siyası məqsədə çevirdi.Müsəlmanlara etimadsızlıqla yanaşırdı.Sərhədləri dəyişdirirdi, xalqları idarə etmək üçün hər şeyi edirdi.Bununla yanaşı müsəlman xalqların ideoloji sabotajından qorxurdu. Bilirdi ki, bu xalqlar islam əqidəsini saxlayacaqlar. Əvvəlcə ərəb əlifbasından latına keçid oldu, sonra isə kirilə. Beləliklə, müsəlman xalqları mənəvi irsindən ayırmaq istəyirdi və ilk növbədə də islamdan.Bundan başqa o, tarixi bağı qoparmaq istəyirdi. Təzədən ağ vərəq yaratmaq, bu xalqları ideoloji və mental cəhətdən yenidən formalaşdırmaq istəyirdi. Gürcü, erməni və Baltikyanı xalqların əlifbasını saxladı.Özü üçün də müdafiə yaratdı ki, güya müsəlman xalqlar özləri öz əlifbalarından imtina ediblər.
7News.az








