İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsinin təmin edilməsində xüsusi rolu olduğu deyilən İosif Stalinin və ailəsinin şəxsi həyatı bütün SSRİ rəhbərləri kimi sirr saxlanılıb. SSRİ dağıldıqdan sonra arxiv materialları və şahidlərdən əldə edilən bilgilər sovet imperiyası liderlərinin heç də "aydan arı, sudan duru” olmadığını üzə çıxarıb.
Rəsmi sənədlərə görə, Stalin iki dəfə evlənib. Onun ilk nikahı Bakıda olub. 1906-ci ildə gizli şəkildə Bakıda mübarizə aparan Stalin dostu Aleksandr Svanidzenin bacısı Yekaterina ilə qarşılaşıb. Gənclər çox keçmədən evlənmək qərarına gəlib. Ancaq "Koba” ləqəbli inqilabçı təqib edildiyinə görə gizli həyat yaşayırdı, üstəlik sənədləri də yox idi. Heç bir keşiş onun nikahını kəsməyə razılaşmadı. Belə olduqda gənclərin nikahını Kobanın seminariya yoldaşı kəsdi. Nikah mərasimi gecə yarısı gizli şəkildə keçirildi.
1907-ci ildə Koba və Yekaterinanın oğlu Yakov dünyaya gəldi. Ancaq elə həmin il Yekaterina xəstəlikdən vəfat etdi. İndi də arxivdə Kobanın oğlunun cəsədi başındakı fotosu saxlanılır. Koba Bakını tərk etdikdən sonra oğluna uzun illər Gürcüstandakı xalası baxdı. Stalin ancaq 1921-ci ildə oğlunu Moskvaya apardı.
1941-ci il iyulunda Stalinin oğlu Yavov Cuqaşvili Vitebsk ətrafında döyüşdə yoxa çıxdı. Qısa zaman sonra nasist rəhbərliyi onun əsir düşdünüyü açıqladı. Hətta Yakovun əsirlikdə çəkilən görüntüləri yayıldı. Almanlar xüsusi vərəqələr çap edərək təyyarələrdən SSRİ ərazisinə atır və beləliklə insanlarda döyüş əhval-ruhiyyəsini öldürmək istəyirdilər. Hətta Stalinin oğlunu sovet əsirliyində olan alman generalı ilə dəyişdirməkdən imtna etdiyi bildirilirdi. Yakovun daha sonra əsirlikdə öldürüldüyünə dair məlumatlar yayıldı. Ancaq 2002-ci ildə aparılan ekspertiza göstərdi ki, Yakovun əsirlikdə öldürüldüyünü göstərən sənədlərin böyük əksəriyyəti saxtadır. Beləliklə hələ də Stalinin bakılı oğlunun taleyindən xəbər yoxdur. /cebhe.info
7NEWS.AZ








