Məşhur amerikalı aktyor Silvestr Stallonenin sabiq həyat yoldaşı, 54 yaşlı aktrisa Bricit Nilsen hamilədir.
7news.Az ABC-yə istinadən bildirir ki, "Red Sonja" filminin qəhrəmanı bu barədə İnstagram profilində məlumat yayıb. O, fotolarını paylaşıb və "Hamiləyəm!" yazıb.
Hamiləliyin 8-ci ayında olan 54 yaşlı B.Nilsen 39 yaşlı italyan teleprodüser Mattia Dessi ilə ailə qurub. Onların toyu 2006-cı ildə olmuşöu. Aktrisanın əvvəlki nikahlardan 4 oğlu (34 yaşlı Culian, 28 yaşlı Killian, 25 yaşlı Duqlas və 23 yaşlı Raul) var.
"Qızımın dünyaya gələcəyinə ümid edirəm. O, Mattianın ilk övladı olacaq", - Bricit Nilsen yazıb.
Bir çox həmkarından fərqli olaraq, danimarkalı aktrisa surroqat ananın xidmətlərindən istifadə etməyib. Onun süni mayalanma prosedurundan yararlandığı da istisna olunmur.
Mattia Dessi aktrisanın 6-cı əridir. B.Nilsen əvvəllər danimarkalı musiqiçi Kasper Vindinq, aktyor Silvestr Stallone, amerikalı futbolçu Mark Qastino, fotoqraf və rejissor Sebastyan Kopland, isveçrəli avtoralliçi Raul Mayerlə nikahda olub.












