RU
Status yazdı - 40 min cərimələndi
21:15
553

Status yazdı - 40 min cərimələndi

"Mançester Siti" klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

Bu barədə FA xəbər yayıb.

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun "Bernli" komandası üzərində qələbədən sonra "İnstaqram"da status yazması olub:

"10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik".

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda "Mançester Siti" - "Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim "şəhərlilər"in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb./trend

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ