RU
Ştaynmayer Azərbaycana səfərə gəlir
14:43
1666

Ştaynmayer Azərbaycana səfərə gəlir

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.

7news.Az xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Almaniya XİN rəhbərinin ölkəmizdə bir sıra rəsmi görüşləri planlaşdırılıb.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.

Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində ATƏT sədrinin Gürcüstan və Ermənistanda da baş çəkəcək.

------

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 29-30-da Ermənistana ikigünlük səfər edəcək.

7news.Az xatırladır ki, bir neçə ay əvvəl F.V.Ştaynmayerin cari ilin ortasında Cənub Qafqazın 3 ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi barədə xəbər yayılmışdı. 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Gürcüstana səfəri iyulun əvvəllərinə planlaşdırılıb.

Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız səyahət etməsi səfərin başlıca müzakirə mövzusu olacaq.

Onun Azərbaycan və Emənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ