“ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır”.
Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq.
7news.Az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.
Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır:
“Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək”.
7news.Az








