7NEWS.az xəbər verir ki, Norveçin paytaxtı Osloda Müttəfiq Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl Kosovo ilə bağlı alınan qərarları mətbuata açıqlayan Stoltenberq, "NATO qüvvələri KFOR Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühit təmin etmək üçün bütün lazımi tədbirləri görəcək. Biz Birləşmiş Millətlər Təşkilatının mandatlarına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Biz Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik. Biz əlavə ehtiyat qüvvə batalyonunu da hazır vəziyyətə gətirmişik ki, ehtiyac yaranarsa, onlar yerləşdirilsin"-dedi.
7NEWS.az








