Yayımlandığı ilk gündən bu günə qədər böyük həyəcanla izlənən "Titanik" filmində baş rolda oynayan aktrisa Keyt Vinslet səhnələrdən birində tərəf müqabili, aktyor Leonardo DiKaprionun qarşısında çılpaq olacağını öyrənib. O, stressi atmaq üçün çəkilişdən öncə sinəsini DiKaprioya göstərib.

"Terminator" filminin çəkilişləri zamanı aktyor Arnold Şvartsneqqer yaxınlıqdakı kafelərdən birinə yemək almaq üçün gedir. Lakin o, üzündəki maskanı çıxarmadığını artıq geri qayıdanda öyrənib.

"Mən əfsanəyəm" filmində baş rolda oynayan aktyor Vil Smit çəkildiyi it Abbiyə öyrəşdiyi üçün onu film bitdikdən sonra himayəsinə götürmək istəyib. Lakin itin yiyəsi buna icazə verməyib.

İnanmayacaqsınız, amma "Wonder woman"də oynayan aktrisa Qal Qadot 5 aylıq hamilə olub. O, qarnı görünməsin deyə dar kostyum geyinib.

Sənətinə hörmət edən aktyor kianu Rivis "Con Vink 2" filmində dublyordan istifadə etməmək üçün 3 ay cudo, Braziliya ciujitsu, ox atma və sürücülük təlimləri keçib.

7News.Az








