ABŞ-ın "Karnegi” fondunun əməkdaşı Paul Stronski Ermənistan baş naziri Nikol Paşinyanla bağlı maraqlı faktlar açıqlayıb.
O, fikirlərini "Twitter” hesabında yazıb.
P.Stronski paylaşımlarında Paşinyanın yalanlarının üstünü açıb.
Belə ki, Paşinyan açıqlamalarından birində ABŞ-ın Ermənistana heç bir maliyyə yardımı etmədiyini deyib.
Ancaq P.Stronski bildirib ki, son altı ayda ABŞ Ermənistana 14 milyon dollar, son bir ildə isə 25 milyon dollar yardım edib.
Bundan başqa, 1992-ci ildən bəri Vaşinqton tərəfindən Ermənistana 1 milyard dollardan çox yardım olunub.
Paşinyan hakimiyyətə gəldiyində Qərbyönümlü siyasət yeridəcəyini açıqlamışdı.
"Karnegi” fondunun əməkdaşı paylaşımında Paşinyanın bu yöndə heç bir addım atmadığını bildirib.
Bundan başqa, P.Stronski Ermənistanın Suriyadakı fəaliyyətini də şərh edib. O bildirib ki, Ermənistan hazırda Suriyada Rusiya tərəfindən çıxış edir. Bu isə ABŞ-ın maraqlarına ziddir.
Ermənistanın Suriyada istifadə etdiyi mühəndis istehkamçıları ABŞ tərəfindən hazırlanıb, ancaq hazırda onlar Suriyada Rusiya tərəfinə xidmət edir. Bu da Ermənistanın kobud səhvidir.
P.Stronski qeyd edib ki, Paşinyan ABŞ-ı günahlandırmaq və ondan şikayət etmək əvəzinə, Vaşinqtonla münasibətləri möhkəmləndirməlidir.
7News.Az








