7NEWS.az xəbər verir ki, ABŞ-ın Detroit şəhərinin məhəlləsində 1930-cu illərdə çəkilmiş magistral su xətti partlayıb. Naməlum səbəbdən baş verən partlayışdan sonra məhəllə su altında qalıb. Havanın temperaturu -21 dərəcəyə endiyindən küçələrdə su donub. Küçədə dayanan avtomobillərin donmuş suya qərq olması ilə maraqlı görüntülər ortaya çıxıb. Bildirilib ki, fevralın 17-də baş verən hadisədən sonra bələdiyyə rəsmiləri problemin həlli istiqamətində səylərini davam etdiriblər.








