Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.
Rayonun Nərimanabad qəsəbəsində 1988-ci il təvəllüdlü Elvin Taryel oğlu Əliyevin ehtiyatsız davranışı nəticəsində su çəni onun üstünə aşıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, o yolda vəfat edib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.








