Argentina prezidenti Maurisio Makri hökumətin itən "San-Xuan" sualtı qayığının axtarışlarını davam etdirəcək.
Bu barədə "Nacion” nəşri məlumat yayıb.
"Biz yaxın günlərdə sualtı qayığı tapmağa ümid edirik”,- deyə Marki söyləyib.
"Təmir edilmiş və əla vəziyyətdə olan sualtı qayıqda partlayışın hansı səbəbdən baş verdiyini anlamaq lazımdır”,- deyə prezident əlavə edib.
Qeyd edək ki, "San Xuan” sonuncu dəfə noyabrın 15-də əlaqəyə çıxıb. 66 metr uzunluğunda olan sualtı qayıqda 44 ekipaj üzvü olub./qafqazinfo
7news.Az








